Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

Azərbaycanda təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək

0 izlenme
Kategori Haber
Eklenme Tarihi
DilAzerice
Açıklama
Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacaq. APA TV-nin məlumatına görə, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Bundan başqa, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə cinayət məsuliyyətinə cəlb olunacaq. Təklif edilən maddəyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi və bununla əlaqədar “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanun layihələrinə, habelə İnzibati-Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihələri barədə məlumat verib. Onun sözlərinə görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsində qeyd olunub ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir: “Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti baş prokuror və ona tabe olan prokurorlar həyata keçirir”.

Dəyişiklik təklifinə əsasən qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı dəyişdirilir. Bu maddə “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq.

Qüvvədə olan qanuna əsasən indiyə qədər İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilərdi. Dəyişikliyə əsasən, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Etiketler