Daha iyi hizmet vermek için bu websitesinde çerezler kullanıyoruz.

İçeriği ve reklamları kişiselleştirmek, sosyal medya özellikleri sunmak ve trafiği analiz etmek için çerezler kullanıyoruz. Sitemizi kullanımınızla ilgili bilgileri ayrıca sosyal medya, reklamcılık ve analiz iş ortaklarımızla paylaşabiliriz. İş ortaklarımız, bu bilgileri kendilerine sağladığınız veya hizmetlerini kullanırken topladıkları diğer bilgilerle birleştirebilir.

Çerez nedir?

Çerezler, web-sitelerinin, kullanıcıların deneyimlerini daha verimli hale getirmek amacıyla kullandığı küçük metin dosyalarıdır. Yasalara göre, bu sitenin işletilmesi için kesinlikle gerekli olan çerezleri cihazınıza yerleştirebiliyoruz. Diğer çerez türleri için sizden izin almamız gerekiyor. Bu site farklı çerez türleri kullanmaktadır. Bazı çerezler, sayfalarımızda yer alan üçüncü şahıs hizmetleri tarafından yerleştirilir. İzniniz şu alanlar için geçerlidir: web.tv

Aşura mərasimləri zamanı müxtəlif tamaşalar qadağan olunacaq

0 izlenme
Kategori Haber
Eklenme Tarihi
DilAzerice
Açıklama
Azərbaycanda Aşura mərasimləri zamanı müxtəlif tamaşalar qadağan olunacaq. APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında müzakirəsi zamanı bildirib. O, hazırda 3 min Azərbaycan gəncinin xaricdə dini təhsil aldığını nəzərə çatdırıb: “Azərbaycana qayıtdıqdan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır”. Gündüz İsmayılov onu da qeyd edib ki, qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: “Məsələn, Aşura mərasimi zamanı qanundakı boşluqlarla əlaqədar dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır”. Sədr müavini Dövlət Komitəsinin təklifini də açıqlayıb: “Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin”. İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinə əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək. Eyni zamanda qanun layihəsində dini mərasimlər zamanı müxtəlif tamaşaların göstərilməsi də qadağan edilir. Videonu izlədikdən sonra ya Bəyənin yada Bəyənməyin! Video haqda fikirlərinizi bildirərkən Zəhmət olmasa ETIKADAN (TƏRBİYƏ ÇƏRÇİVƏSİNDƏN) Kənara Çıxmayaq... Belə olan halda şərhlər Silinəcək....!
Etiketler